2018-ci ildə Azərbaycanın işğal altında olan Qarabağ ərazisində 63 erməni əsgər ölüb.

 

 

2018-ci ildə Azərbaycanın işğal altında olan Qarabağ ərazisində 63 erməni əsgər ölüb.

Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ölənlərdən 27-si həqiqi hərbi xidmət keçənlər, 23-ü muzdlu, 2-si gizir, 11-i isə zabitdir.

Prokurorluq bəyan edib ki, 38 ölüm hərbi xidmətlə bağlı olub, xidmətə aid olmayan hadisə nəticəsində ölüm halı isə 25 faktdır.

38 hərbi xidmətlə bağlı olan faktlar bunlardır: 7 əsgər Azərbaycan Ordusunun atəşi ilə məhv edilib, 11 nəfər intihar edib, 2 nəfər silahla düzgün rəftar edə bilmədiyi üçün aldığı güllə yarasından, 3-ü xəstəlikdən, 1-i minadan, 4-ü bədbəxt hadisədən, 6-sı yol qəzasında, 2-si atəşkəsin pozulması zamanı, 2-si təyyarə qəzasında ölüb.

Hərbi xidmətdən kənarda ölüm faktları isə belədir: 11 əsgər yol qəzasında, 10-u xəstəlikdən, 4-ü bədbəxt hadisə nəticəsində ölüb.

Qeyd edək ki, media və sosial şəbəkələrdə ölü sayının daha çox olduğu bildirilib.

Rəsmi açıqlamada yaralıların sayı açıqlanmayıb.

2019-01-15 / 15:42
Facebook