Şəhid ailələri və Qarabağ əlillərinə Qaradağda yeni evlər verildi

Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin yeni mənzillərlə təminatı işləri davam etdirilir. Bu gün nazirlik tərəfindən Bakının Qaradağ rayonunda daha 200 mənzilin bu kateqoriyalardan olan vətəndaşlara təqdim olunmasına başlanılıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, dövlət başçısının bu sahəyə xüsusi qayğısının növbəti göstəricisi olaraq, cari ildə nəzərdə tutulduğundan əlavə olaraq minimum 300 mənzilin alınması üçün müvafiq vəsait ayrılıb və beləliklə, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzilin verilməsi təmin edilib. 2019-cu ildə isə azı 800 şəhid ailəsinin və Qarabağ müharibəsi əlillinin mənzillə təminatı həyata keçiriləcək.

S.Babayev  bu gün- Prezidentin doğum günündə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 200 mənzilin təqdim olunmasının da həmin insanlara daha bir prezident qayğısı, daha bir prezident hədiyyəsi olduğunu vurğulayıb.

Nazir bu sahədə tədbirlərin, ümumən həssas qrupların rifah halının yaxşılaşdırılması üçün bütün istiqamətlərdə işlərin qarşıdakı dövrdə uğurla davam etdiriləcəyini bildirib.

Sonra mənzillərin püşkatma yolu ilə paylanması həyata keçirilib.

 

2018-12-25 / 09:35
AZERBAIJAN REALITIES MULTIMEDIA
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9288
Facebook