"Standard&Poor's": növbəti 4 ildə Azərbaycanın ümumi daxili məhsulu 3,3 faiz artacaq

Növbəti 4 ildə Azərbaycanın ümumi daxili məhsulunun artımı orta hesabla 3,3 faiz təşkil edəcək.

Bu barədə "Standard&Poor's" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Agentlik Azərbaycanın xarici və yerli valyutada qısa və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiqləyib.

Hesabatda xarici valyuta ehtiyatlarının artması, büdcənin profisitlə icra olunacağının proqnozlaşdırılması və ölkənin iqtisadi inkişaf göstəricilərində gözlənilən artım reytinq üzrə proqnozun yaxşılaşdırılmasına əsas səbəblər kimi göstərilib.

 

2018-01-29 / 13:44
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8725
Facebook