Stavropol diyarı ilə Azərbaycan arasında illik əmtəə dövriyyəsinin həcmi 130 milyon dollar olub

15066721626407447863_1000x669

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov müsahibəsində deyib: “Regionlararası forumun keçirilməsi üçün Stavropol şəhərinin seçilməsinə görə Azərbaycan tərəfinə təşəkkür edirəm. Əminəm ki, növbəti forumlarda biz də iştirak edəcək, ən müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətimizi genişləndirəcəyik”.

Qubernatorun sözlərinə görə, Stavropolda imzalanmış sazişlər barəsində razılaşma Bakıda keçirilən VII Regionlararası Forumda əldə edilmişdir. V.Vladimorov deyib: “Stavropol diyarı ilə Azərbaycan arasında illik əmtəə dövriyyəsinin həcmi 130 milyon dollar olub. Bu, son hədd deyil. Stavropoldakı forumda Rusiyanın və Azərbaycanın müxtəlif regionlarını təmsil edən 400-dən çox nümayəndə toplaşıb. Əminəm ki, bu forumda həm xalqlarımız üçün, həm də dövlətlərimizin qarşılıqlı əlaqələri üçün faydalı olan yeni sazişlər yaranacaq”.

Xatırladaq ki, bu forumda Stavropol diyarının hökuməti, “APX EKO - kultura” şirkəti və Azərbaycanın “Qrin Tek - müasir istixana kompleksi” şirkəti arasında tərəvəz məhsulları istehsalı üzrə istixana kompleksi tikilməsinə dair investisiya layihəsinin reallaşdırılması barədə saziş, Jeleznovodskda 400 yerlik sanatoriya-mehmanxana kompleksi tikintisinə dair investisiya layihəsinin reallaşdırılması haqqında üçtərəfli niyyət sazişi, “Rusel” sanatoriyasının tikintisi” investisiya layihəsinin reallaşdırılması haqqında saziş, Azərbaycan-Rusiya İşgüzar Şurası ilə Stavropol diyarının Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında saziş, habelə Həştərxan vilayətini hökuməti ilə Bakı şəhəri Nərimanov rayonunun icra hakimiyyəti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.

2017-09-29 / 15:06
Facebook