“Gazprom Neft” İraq Kürdüstan Regional Rəhbərliyindəki layihəsindən imtina edib

15066693201123564539_1000x669

Rusiyanın “Gazprom Neft” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki (İKRR) layihəsindən imtina edib.

Bu barədə şirkətin Yaxın Şərq üzrə direktoru Sergey Petrov deyib.

O bildirib ki, buna səbəb neft quyusunun qazılmasında yaranan çətinliklər, eləcə də bölgədəki münaqişələr sonra ərazidə minaların qalmasıdır. “Gazprom Neft” “Halebçe” neft quyusunun inkişaf etdirilməsindən imtina edib.

S.Petrov qeyd edib ki, regionda geosiyasi riskləri azaltmaq üçün böyük investisiyalar tələb olunur.

Qeyd edək ki, “Gazprom Neft”in İraqdakı dörd layihəsindən üçü Şimali İraqdadır.

2017-09-29 / 11:33
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8595
Facebook