Elman Məmmədov: Azərbaycanın "Rəqabətlilik Hesabatı"nda irəliləməsi ölkəmizin inkişafından xəbər verir

elman_mammadov_281114

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması ölkəmizin daim sürətli inkişafda olmasından xəbər verir.

Bunu açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan bütün sahələrdə inkişaf etməkdə davam edir və bu Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir:

"Azərbaycan son 15 ildə çox sürətli inkişafa malikdir və bunu beynəlxalq təşkilatlar da görür. Artıq Azərbaycan dünyada bütün istiqamətlərdə inkişaf edən dövlət kimi tanınır. Azərbaycan iqtisadiyyatı təkcə neft-qazdan asılı deyil, şaxələnmiş iqtisadiyyat proqramı uğurla yerinə yetirilir. Bu hesabat Azərbaycanı istəməyən qüvvələrə növbəti cavabdır. Onlar bir daha dərk edirlər ki, Azərbaycan beynəlxalq hesabatlarda ön sıralara keçir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi artıq beynəlxalq təşkilatların, nüfuzlu qurumların diqqət mərkəzindədir. Azərbaycan bu uğurlarını getdikcə daha da yüksəldəcək. Çünki Azərbaycan Prezidentinin apardığı siyasət doğrudur və Azərbaycan xalqı da bunu dəstəkləyir, nəticə də göz qabağındadır. Bir həqiqət var ki, iqtisadiyyatı güclü olan dövlətin müdafiəsi də, ordusu da güclü olur. Biz son məqsədimizə çatmaq üçün iqtisadiyyatımızı, stabilliyimizi qoruyub ərazi bütövlüyümüzü təmin edəcəyik".

2017-09-28 / 16:23
Facebook