AİİB Beynəlxalq Maliyyə Korporasiyasına 150 milyon dollar vəsait ayıracaq

150660024635097624_1000x669

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Asiya Fövqəladə Fonduna 150 milyon ABŞ dolları vəsait yatıracaq.

Həmin vəsait Asiyanın inkişaf etməkdə olan ölkələrində özəl sektorun dəstəklənməsi ilə yeni iş yerlərinin yaradılmasına yönəldiləcək. Bununla AİİB BMK-nın Asiya Fövqəladə Fondunun ən iri sərmayədarlarından biri olacaq.

AİİB-in Direktorlar Şurasının digər qərarı ilə Hindistanda enerji təchizatı layihəsinə 100 milyon dollar vəsait ayrılıb.

Bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. AİİB ötən il fəaliyyətə başlayandan bəri 11 ölkədə 21 layihəyə 3,49 milyard dollar ayırıb. Bunlar arasında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə ayrılan 600 milyon dollar kredit də var.

2017-09-28 / 16:16
Facebook