İKAO-da Aviasiya təhlükəsizliyinin təmin edilməsinə dair yeni plan hazırlanıb

1506591968430601574_1000x669

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) himayəsi altında Aviasiya təhlükəsizliyinin təmin edilməsinə dair yeni plan hazırlanıb. Bu planın noyabr ayında, təşkilatın Müdirlər Şurasının iclasında təsdiq edilməsi nəzərdə tutulur. Yeni plan milyonlarla aviasərnişinin qorunmasının təmin edilməsi üçün səmərəli vasitə olmalıdır.

İKAO-nun baş katibi Fan Lyu bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

Fan Lyu deyib: “Mülki aviasiya sahəsində terrorizm təhdidlərinə qarşı mübarizəyə yönəlmiş bu mühüm sənəd həm hökumətlərin, həm də aviasiya sahəsinin köməyi ilə hazırlanıb. Gözlənildiyinə görə, sənəd İKAO-nun Şurasının bu il noyabr ayında keçiriləcək növbəti sessiyasında bəyənilək”.

İKAO rəhbəri qeyd edib ki, terrorçular mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi sistemində mövcud olan hər hansı boşluqlardan istifadə etməyə çalışırlar. Onlar ən müasir texnologiyalara təchiz olunur və insanları kütləvi şəkildə məhv etmək, iqtisadiyyata mümkün qədər çox ziyan vurmaq üçün hər hansı metoda əl atmaqdan çəkinmirlər.

Dünyada hər gün 100 min mülki təyyarə reysi həyata keçirilir, bu təyyarələrlə hər gün təxminən 10 milyon sərnişin daşınır. İl ərzində aviasiya sərnişinlərinin sayı 3,5 milyard nəfərə çatır.

BMT Təhlükəsizlik Şurasının iclasının iştirakçıları aeroportlarda yoxlama və nəzarət prosedurlarını sərtləşdirməyin, həmçinin terror aktlarının qarşısını almaq məqsədilə aeroportların infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi tədbirlərini fəallaşdırmağın zəruri olduğunu qeyd ediblər. Onlar mükəmməl əldəqayırma partladıcı qurğular yaradılması və kiberhücumlarla bağlı təhlükələr barəsində xəbərdarlıq ediblər.

2017-09-28 / 14:49
Facebook