Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib

1506571468828025451_1000x669

Sentyabrın 27-də Türkmənistanın paytaxtı Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib.

45 min tamaşaçı tutumuna malik Aşqabad Olimpiya Stadionunda təşkil olunan mərasimdə Asiya Olimpiya Şurasının (AOŞ) prezidenti şeyx Ahmad Al-Fahad Al-Sabah yüksək təşkilatçılığa görə, Türkmənistan hökumətinə minnatdarlığını bildirib.

Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov “Aşqabad-2017”ni bağlı elan etdikdən sonra Oyunların məşəli söndürülüb və AOŞ-un bayrağı endirilib.

Simvolik olaraq məşəlin tüstüsü stadiona yayıldıqdan sonra tədbir milli rəqslərlə davam edib.

Daha sonra xüsusi effektlərlə ölkənin atributları, lazer şousu ilə isə axaltəkə atlarının şousu nümayiş olunub.

Ölkənin əsas sərvəti – pambıqla bağlı hissənin nümayişindən sonra türkmən ailəsi hava şarı ilə stadionun üzərinə qalxaraq ölkənin tanınmış məkanlarından ibarət hazırlanmış hissəni izləyiblər.

Sonra tədbir dünya ulduzlarının konsert proqramı ilə davam edib.

Bağlanış mərasiminə atəşfəşanlıqla yekun vurulub.

Qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayıb. Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparıb. Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olub və atletlər 1844 medal uğrunda mübarizə aparıblar.

Oyunlar 1,5 kvadratkilometr ərazini əhatə edən Aşqabad Olimpiya Şəhərciyində yerləşən 15 obyektdə, o cümlədən müasir standartlara cavab verən 13 yeni ultramüasir və əsaslı şəkildə yenidən qurulmuş 2 qurğuda keçirilib.

Qeyd edək ki, Türkmənistan medalların sayına görə, birinci olub.

2017-09-28 / 09:25
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8358
Facebook