“Azərbaycan qrossmeysteri Meyn adasında keçiriləcək turnirdə çıxış edəcək

15060782844873848790_1000x669

Sabah Men adasının (Böyük Britaniya) paytaxtı Duqlasda şahmat üzrə açıq turnirə start veriləcək.

Ən güclü şahmatçıların “Masters” turnirində çıxış edəcək 161 iştirakçı arasında 80 qrossmeyster, o cümlədən dünya çempionu, norveçli Maqnus Karlsen, rusiyalı Vladimir Kramnik, hindistanlı Vişvanatan Anand, amerikalı Fabiano Karuana və Hikaru Nakamura, israilli Boris Gelfand, ingiltərəli Maykl Adams, ukraynalı Pavel Elyanov və dünyanın digər aparıcı şahmatçıları var.

Azərbaycan nümayəndəsi Arkadi Naydiçin də iştirak edəcəyi turnirin birinci mükafatının məbləği 50.000 funt sterlinqə bərabərdir.

İsveçrə sistemi üzrə keçiriləcək yarışlar 9 turdan ibarət olacaq. Turlar Bakı vaxtı ilə saat 10:30-da, sonuncu tur isə Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

 

2017-09-22 / 16:11
Facebook