"Aşqabad-2017"nin beşinci günündə 30 dəst medal sahibini tapacaq

15059794654081957883_1000x669

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.

Oyunların beşinci günündə - sentyabrın 21-də idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, boulinq, şahmat, atçılıq, futzal, tennis, kuraş, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.

Bu gün 30 dəst medal sahibini tapacaq.

Qeyd edək ki, "Aşqabad-2017"də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır.

2017-09-21 / 11:42
Facebook