“Arşın mal alan” filmi Serbiyanın paytaxtında nümayiş olunub

15058136981090322477_1000x669

Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü münasibətilə Belqrad Etnoqrafiya Muzeyinin kino zalında 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası nümayiş olunub.

Filmin nümayiş Azərbaycanın Serbiyadakı səfirliyi və Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə reallaşdırılıb.

Filmin nümayişində Belqraddakı diplomatik korpusun və Serbiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru, professor Zərifə Əlizadə izləyicilərə Üzeyir Hacıbəyovun yaradıcılığı haqqında məlumat verib. Dahi bəstəkarın müsəlman şərqində ilk operanın müəllifi, eləcə də Azərbaycan milli himinin müəllifi olduğunu vurğulayıb. Bildirib ki, dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Film böyük maraqla qarşılanıb.

2017-09-19 / 13:38
Facebook