Türkiyənin “Fənərbağça” komandası İngiltərə klubundan futbolçu transfer edib

15048686205961717633_1000x669

Türkiyənin “Fənərbağça” komandası İngiltərənin “Tottenhem” klubunun futbolçusu Vinsent Yansseni heyətinə cəlb edib.

İyirmi üç yaşlı hollandiyalı hücumçunun özü və komandası ilə artıq razılıq əldə olunub. Klublar arasındakı razılığa əsasən, futbolçu icarə əsasında Türkiyə komandasında çıxış edəcək. Onun bu gün İstanbula gələcəyi və rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, peşəkar karyerasına 2013-cü ildə Hollandiyanın “Almere siti” komandasında başlayan təcrübəli futbolçu sonralar bu ölkənin “Alkmar” kollektivinin heyətində çıxış edib. 2016-cı ildə Hollandiya klubundan 22 milyon avro müqabilində İngiltərənin “Tottenhem” komandasına keçən mərkəz hücumçusu bu klubun heyətində 27 oyunda forma geyinib və iki qol ilə yadda qalıb.

V.Yanssen Hollandiya yığma komandasının heyətində 15 qarşılaşmada meydana çıxıb və yeddi qol vurub.

2017-09-08 / 15:12
Facebook