Türkiyədə Zəfər bayramı qeyd olunur

1504075101955727585_1000x669

Türkiyədə Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü qeyd edilir. Prezident Rəcəb Tayyib Ərdoğan bayram münasibətilə Türkiyə xalqını təbrik edib.

Böyük tarixi zəfərin 95-ci ildönümü münasibətilə avqustun 30-da Ankarada rəsmi mərasim keçirilib. Anıtqəbirdə Fəxri qarovul düzülüb.

Prezident Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri, siyasi partiya liderləri, ictimaiyyətin tanınmış simaları Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər. Atatürkün məzarı önünə əklil qoyulub, ruhuna dualar oxunub.

2017-08-30 / 11:46
Facebook