Avropa Komissiyasının prezidenti Böyük Britaniyanın Brexit-lə bağlı heç bir təklifi ilə razı deyil

15039948644546029629_1000x669

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması prosesi ilə bağlı təklif etdiyi sənədlərin heç birindən razı qalmayıb.

Bu barədə Yunker keçirdiyi mətbuat konfransında bildirib.

O, Britaniya hökuməti tərəfindən hazırlanan bütün sənədləri diqqətlə oxuduğunu və heç birinin onu qane etmədiyini söyləyib. Çoxlu məsələ həll olunmamış qalır. Bu, yalnız İrlandiya və Şimali İrlandiya arasındakı sərhədin müəyyən edilməsi deyil, bu, çox ciddi məsələdir ki, bizim də yekun cavabımız yoxdur. Həmçinin Böyük Britaniyada yaşayan avropalıların və Avropada yaşayan britaniyalıların statusu da vacib məsələdir. Britaniyanın Aİ-dən çıxması ilə bağlı bütün məsələlər həll edilənə qədər İngiltərə və Avropa arasında heç bir yeni iqtisadi və ticarət əlaqələrinin qurulmayacağı aydın olmalıdır.

2017-08-29 / 13:31
Facebook