“Qarabağ” UEFA Çempionlar Liqasında “Çelsi, “Atletiko” və “Roma” klubları ilə eyni qrupda yer alıb

15035904155077444766_1000x669

Avqustun 24-də Monakoda UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Püşkatma nəticəsində qrup mərhələsində mübarizə aparacaq 32 komandanın yer aldığı 8 qrupda rəqiblər müəyyənləşib.

Beşqat Azərbaycan çempionu “Qarabağ” püşkün nəticəsində “Çelsi”, “Atletiko Madrid” və “Roma” klubları ilə birgə “C” qrupunda yer alıb.

“A” qrupunda “Benfika”, “Mançester Yunayted”, “Bazel” və MOİK (Rusiya) klubları 1/16 finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

“Bavariya”, “Pari-Sen-Jermen”, “Anderlext” və “Seltik” komandaları “B” qrupunda mübarizə aparacaqlar.

“D” qrupunda “Yuventus”, “Barselona”, “Olimpiakos” və “Sportinq” klubları yer alıblar.

“Spartak Moskva”, “Sevilya”, “Liverpul” və “Maribor” komandaları “E” qrupunda üz-üzə gələcəklər.

“F” qrupunda “Şaxtyor”, “Mançester Siti”, “Napoli” və “Feyenord”, “G” qrupunda “Monako”, “Portu”, “Beşiktaş” və “Leypsiq” komandaları yer alıblar.

Sonuncu - “H” qrupunda isə “Real Madrid”, “Borussiya Dortmund”, “Tottenhem” və APOEL komandaları növbəti mərhələyə vəsiqə uğrunda güclərini sınayacaqlar.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun görüşləri sentyabrın 12-13-də keçiriləcək. Qrup mərhələsinə dekabrın 5-6-da keçirilən oyunlarla yekun vurulacaq.

2017-08-25 / 10:17
Facebook