Muxammedkalıy Abulqaziev Qırğızıstanın Baş naziri vəzifəsini icra edəcək

15033997322355026554_1000x669

Qırğızıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Almazbek Atambayevin Fərmanına əsasən Muxammedkalıy Abulqaziev ölkənin Baş naziri vəzifəsini icra edəcək.

Sənəddə bildirilir ki, Qırğızıstanda yeni hökumət formalaşdırılanadək M.Abulqaziev hökumətə rəhbərlik edəcək.

Xatırladırıq ki, Sosial-Demokrat Partiyasının namizədi olan Baş nazir Sooronbay Jeenbekov oktyabrın 15-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün avqustun 21-də istefa verib.

2017-08-22 / 16:12
Facebook