Şimali Koreya nüvə və raket proqramlarını davam etdirmək niyyətində olduğunu bir daha bildirib

14978500752567946690_1000x669

NHK telekanalının yaydığı məlumata görə, Şimali Koreyanın rəsmi nümayəndələri beynəlxalq konfransda nüvə və raket proqramlarının davam etdirilməsi barədə ölkələrinin niyyətini bir daha bəyan ediblər.

Şimali Koreyanın dövlət kütləvi informasiya vasitələri iyunun 18-də məlumat yayıb ki, Xarici İşlər Nazirliyinin Amerika Tədqiqatları İnstitutunun nümayəndələri Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən beynəlxalq konfransda iştirak ediblər. Tədbirin iştirakçıları Şimal-Şərqi Asiyada təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparıblar.

Konfransda, həmçinin Yaponiya, ABŞ, Çin və Rusiya da daxil olmaqla digər ölkələrin siyasi tədqiqatlar institutlarının əməkdaşları iştirak ediblər.

2017-06-19 / 10:56
Facebook