Londonda yanğın: xəsarət alanların sayı 50-yə çatıb, həlak olanlar var

14974225294409348605_1000x669

London yanğın xidmətindən Britaniya paytaxtındakı yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlər olduğunu bildiriblər.

Reuters agentliyinin yaydığı məlumata görə, yanğında həlak olanların sayı hələlik dəqiqləşməyib. Yanğının səbəbləri də hələ ki, məlum deyil.

Xatırladaq ki, bu gün Londonun qərbində çoxmənzilli Grenfell Tower yaşayış binasında güclü yanğın baş verib. Hadisə yerinə 40 yanğınsöndürən və xidmətin 200 əməkdaşı cəlb olunub. Britaniya paytaxtının təcili yardım xidməti yanğından zərər çəkmiş insanların sayının 50 nəfərə çatdığını bildirib.

2017-06-14 / 12:10
Facebook