Yaponiyada sərnişin təyyarəsi mühərrikdə yaranan nasazlığa görə aeroporta geri dönüb

149690137636662896_1000x669

Yaponiyanın Haneda aeroportundan havaya qalxan ABŞ-ın “Delta” şirkətinə məxsus təyyarə mühərriklərin birində yaranan nasazlıqla əlaqədar geri dönüb. Bu barədə Yaponiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Göyərtəsində 310 sərnişin və 17 heyət üzvü olan 276 nömrəli reys Tokiodan Detroyt şəhərinə uçmalı idi, lakin Yaponiyanın şimalına çatan vaxt cihazlar mühərriklərdən birində problem olduğunu göstərib. Təyyarə geriyə, Narita aeroportuna dönüb. Təyyarədə olanlardan heç kim xəsarət almayıb.

Aeroportda baxış zamanı mühərrikin arxa hissəsində 1x5 santimetr ölçüdə yarıq aşkar edilib. Məlumatda təyyarə havaya qalxmamışdan əvvəl keçirilən texniki baxış zamanı həmin yarığın olmadığı qeyd edilir.

2017-06-08 / 11:01
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9142
Facebook