Nepalda hərbi təyyarə qəzaya uğrayıb


14962007782334031837_1000x669

Nepalda hərbi təyyarə qəza enişi edib.

TASS informasiya agentliyinin məlumatın görə, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, qəza paytaxtdan 700 kilometr məsafədə yerləşən Bacur dairəsinin Kolti hava limanında baş verib. Belə ki, Polşanın "PZL" firmasının istehsalı olan "M28 Skytruck" hərbi təyyarəsi Humla dağ rayonuna ərzaq məhsulları daşıyarkən qəzaya uğrayıb. Simikota aeroportuna enməli olan təyyarə əlverişsiz hava şəraiti səbəbindən Bacura uçub.

Təyyarə Kolti hava limanında sərt eniş etməsi səbəbindən uçuş-enmə zolağından 50 metr kənara çıxaraq aşıb. Nəticədə pilot yerindəcə ölüb, daha iki hərbçi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu, son 3 gündə Nepalda baş vermiş ikinci təyyarə qəzasıdır.

2017-05-31 / 10:10
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8907
Facebook