Moskvada Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir

 

 

Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir.

Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanoviştirak edirlər.

Görüşdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident müzakirə olunur.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

2019-02-19 / 17:55
Facebook