Millimizin yeni baş məşqçisi rəsmən açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

Bu posta xorvatiyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.

Qeyd edək ki, məşqçilik karyerasına 2002-ci ildə ölkəsinin “Zaqreb” klubunda başlayan Yurçeviç daha sonra Zaqreb “Dinamo”su, Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” komandalarını çalışdırıb. O, 2006-2017-ci illərdə müvafiq olaraq Xorvatiya yığması, Moskva "Lokomotiv"i, "Beşiktaş" və "Vest Hem"də Slaven Biliçin köməkçisi olub. Yurçeviç son olaraq Zaqreb “Dinamo”sunu çalışdırıb. O, ötən mövsümün sonuna 2 tur qalmış istefaya göndərilib.

2019-02-12 / 09:06
Facebook