Azərbaycanın 2019-cu il hərbi büdcəsi açıqlandı

 

 

Azərbaycan 2019-cu ildə müdafiə qabiliyyəti və milli təhlükəsizlik üzrə xərcləri 4,6% artıracaq.

Bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov deyib.

“2019-cu ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3,37 mlrd. manatın ayrılması nəzərdə tutulub ki (cari məzənnə ilə təxminən 2 milyard dollar), bu da 2018-ci illə müqayisədə 4,6% çoxdur”, - N.Sadıkov “Milli Məclis” jurnalı müsahibəsində bildirib.

O əlavə edib ki, hərbi büdcənin artımı Azərbaycan Ordusunun yeni silah və texnika ilə təchiz olunmasına imkan yaradıb. “Bu istiqamətdə artım cari ildə də gözlənilir”, - N.Sadıkov qeyd edib.

O vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən son illər 1,4 hərbi qulluqçu Bakı, Gəncə və Naxçıvan şəhərlərində daimi mənzillə təmin edilib. Azərbaycanın digər bölgələrində isə daha 2 min hərbi qulluqçuya xidməti mənzillər verilib.

“Yaxın vaxtlarda daha 500 hərbi qulluqçunun daimi mənzillə təmin edilməsi nəzərdə tutulub”, - N.Sadıkov əlavə edib.

2019-01-18 / 17:13
Facebook