• flag
  • Rəşad Sadıqov Pro kateqoriyalı məşqçi oldu

     

     

    AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub. 

    Oxu.Az xəbər verir ki, diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lipert və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.

    Beləliklə, Pro kateqoriyasına yiyələnən yeni məşqçilərimiz “Sabah”ın baş məşqçisi Elşad Əhmədov, “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov, “Zirə”nin baş məşqçisi Samir Abbasov, “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, 17 yaşadək qızlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, eləcə də, Zaur Həşimov və Ramin Quliyev olub.

    Qeyd edək ki, 19 yaşadək millimizin baş məşqçisi Vüqar Məmməd isə imtahandan kəsilərək Pro kateqoriyasına yiyələnə bilməyib.

    2018-12-18 / 12:37
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7
    EUR 1.935