Polkovnik Eray Guçlüer: Paşinyanın Türkiyə ilə əlaqələr qurmaq barədə dedikləri təcavüzkar dövlətin əsl xislətini əks etdirir

 

 

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsində keçirilmiş seçkilərdən sonra “Türkiyə ilə heç bir ilkin şərt olmadan əlaqələr qurmağa hazırıq” fikrini səsləndirməsi təcavüzkar dövlətin əsl xislətini əks etdirir.

Bu fikirləri müsahibəsində türkiyəli hərbi ekspert, sosial elmlər üzrə doktor, ehtiyatda olan polkovnik Eray Guçlüer deyib.

Azərbaycanın işğal altında saxlanılan torpaqlarının qeyd-şərtsiz azad olunmayınca, eləcə də Türkiyəyə qarşı əsasız iddiaların aradan götürlməyənədək Ermənistanla heç bir münasibətin qurula bilməyəcəyini diqqətə çatdıran polkovnik deyib: “Paşinyanın dedikləri bu vaxta qədər Ermənistana rəhbərlik edən cinayətkar rejimin təmsilçilərinin illərdən bəri düşüncələrində gəzdirdiyi xəstə xülyanın davamıdır. Ermənistanın keçmiş rəhbərliyi ilə indiki hakimiyyət arasındakı qalmaqalın əsasını kürsü davası təşkil edir. Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik münasibətində isə onların xəstə düşüncəsində heç bir fərq yoxdur”.

Ehtiyatda olan polkovnik Eray Guçlüer vurğulayıb ki, işğalçı Ermənistan Türkiyə və Azərbaycan ilə əlaqələr qurmaq, o cümlədən sülhsevər dünya ictimaiyyətinin sağlam bir tərkib hissəsi olmaq istəyirsə, ilk növbədə Xocalı soyqırımını tanımalı və bu bəşəri cinayəti törədənlərin beynəlxalq məhkəmələrə cəlb olunmasını təmin etməlidir. Bu isə şərt deyil. Müasir dünyanın, beynəlxalq hüququn tələbidir.

Sabir Şahtaxtı

2018-12-11 / 12:23
Facebook