Bu gün EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək

 

 

Bu gün EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək. Verilən məlumata görə, səsvermə Parisdə Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçiriləcək.

EKSPO-2025-in keçirilmə hüququna 3 namizəd ölkə var - Bakı (Azərbaycan), Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya).

Qeyd edək ki, qalib şəhər gizli səsvermə yolu ilə seçiləcək.

Səsvermədən öncə namizəd-şəhərlər öz planları ilə çıxış edəcəklər. İlk olaraq Azərbaycan təqdimat çıxışını edəcək. Daha sonra Yaponiya və Rusiya nümayəndə heyətləri çıxış edəcək.

Səsvermənin saat 18:00-dan sonra keçiriləcəyi gözlənilir.

2018-11-23 / 12:17
Facebook