• flag
  • Baş prokuror Oğuz rayonunda vətəndaşları qəbul edib

     

     
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
     
    Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Oğuz Rayon Prokurorluğunun inzibati binasında Oğuz, Qəbələ, Şəki, Qax, Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.
     
    Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, dahi şəxsiyyətin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
     
    Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror Zakir Qaralov bölgədə yaşayan 21 vətəndaşın müraciətini dinləyib. Müraciətlərdə qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
     
    Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
     
    Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
    2018-07-27 / 17:49
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9967