Duqin: "Ermənistanın Rusiyaya nəyinsə yolverilməzliyini izah etməsi bizim üçün təhqirdir"

 

 

"Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini icra etməyə məcburdur. Ona nə Baqdasarov, nə də Solovyevdən birbaşa öhdəliklər verilir".

Verilən məlumata görə, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof Aleksandr Duqin deyib.

Aleksandr Duqinin sözlərinə görə, hazırda Moskva ilə Bakı arasında çox aktiv yaxınlaşma müşahidə edilir: "Azərbaycan mütəmadi olaraq Rusiyanın daha vacib, daha təsirli və daha etibarlı müttəfiqinə çevrilir. Bu isə Ermənistanın maraqlarına zərər vurmur. Onlar deyirlər ki, Rusiya Ermənistanın müttəfiqidir və buna görə də Azərbaycana qarşı olmalıdır. Rusiyanın Ermənistanı tam müdafiə etməsi və Azərbaycana qarşı mübarizədə kömək etməsi tamamilə yanlışdır. Rusiya Ermənistanın müttəfiqidir, amma əslində Rusiya indiki halda özünün baş strateji müttəfiqi kimi Azərbaycanı görür. Məhz Azərbaycandakı konfrans da buna həsr edilmişdi.

Bu tezis elan edilən kimi Rusiyadakı erməni lobbisi mərkəzi televiziyaları, əsas verilişləri istifadə edərək dişini göstərdi. Mən Bakıdakı görüşün təşkilatçılarından biriyəm. Bu konfransda antierməni əhval-ruhiyyəli heç nə səsləndirilməyib. Burada Rusiya və Azərbaycan arasında yaxınlıq, tərəfdaşlıq, strateji inkişaf məsələlərindən, Dağlıq Qarabağ konfliktinin əvvəlki erməni rəhbərliyinin Azərbaycana 5 rayon verməsiylə bağlı razılaşmaları çərçivəsində həllindən bəhs edilib.

Biz görürük ki, Solovyovun bir sıra ekspertləri də dəvət etdiyi proqramında tamamilə qəbuledilməz, Azərbaycanı dostluq missiyası ilə ziyarət edən rusiyalı deputatlar və ekspertlərini şeytanlaşdıran fikirlər səsləndirilib”.

Onun sözlərinə görə, Ermənistan son zamanlar NATO ilə yaxınlaşmaq xəttini tutub: “İrəvan NATO ilə daha çox yaxınlaşaraq, Rusiyanın Azərbaycanla yaxınlaşmaq üçün istənilən addımını şeytanlaşdırır. Mənim fikrimcə, bu, tamamilə yolverilməzdir. Əgər Ermənistanın nə isə xoşuna gəlmirsə, o, korrektə edilmiş formullar tapa bilərdi.

Əgər indiki Ermənistan rəhbərliyi məsuliyyətlidirsə, o özündən əvvəlkilərin xəttini davam etdirməlidir – 5 rayonu geri verməlidir. Bundan əvvəlki razılaşmalar ayrıca şəxslərlə deyil, dövlətlərlə imzalanıb. Çox dövlətlərdə rejimlər dəyişir, amma onlar əvvəlki rejimlərin borclarını icra edirlər.

Belə çıxır ki, Ermənistan bizim üçün Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah etməlidir? Bu təhqirdir. Bu, Rusiyaya münasibətdə qeyri-dost münasibətidir”.

Qeyd edək ki, rusiyalı deputatlar və ekspertlərdən ibarət qrup Azərbaycana səfər edərək, “Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi” konfransında iştirak ediblər. Konfransdan sonra nümayəndə heyətinə, özəlliklə də deputat Dmitri Savelyevə qarşı erməni lobbisinin hücumları artıb. Ən sərt çıxış əslən erməni olan rusiyalı ekspert Semyon Baqdasarov tərəfindən Vladimir Solovyovun verilişində səsləndirilib. O, Savelyevin məhvi haqqında çağırışlar edib.

2018-07-06 / 11:54
Facebook