Nazirlikdə vahid çağrı mərkəzi yaradılıb

 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlar üçün vahid çağrı mərkəzi yaradılıb.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, “155” saylı Çağrı Mərkəzinə “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelekom), “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi, “AzEeuroTel”, “Azdatacom”, “Az.net”, “Bakinternet” kimi qurum və provayderlərin xidmətləri ilə bağlı müraciət etmək olar

Vahid çağrı mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin səviyyəsinin və müştəri məmnuniyyətinin yüksəldilməsi, müvafiq məlumat bazalarının optimallaşması və mütəmadi yenilənməsidir.

2018-06-06 / 16:14
Facebook