İsrail parlamenti “erməni soyqırımı” məsələsinin müzakirəsini gündəlikdən çıxarıb

 

İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar təklif edilmiş qərar layihəsini gündəlikdən çıxarıb.

RİA Novosti agentliyi xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.

Bildirilir ki, sənəd Knessetdə qeyri-münasib vəziyyətin yaranmaması məqsədilə gündəlikdən çıxarılıb. “Belə ki, qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi”, - spikerin mətbuat katibi vurğulayıb.

2018-05-29 / 10:26
Facebook