Bakıda böyük əhəmiyyətli yeni avtomobil yolu salınır

 

 

Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 15-də Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 45,0 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

2018-05-17 / 13:10
Facebook