• flag
  • Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək

     

     

    Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

    Sərəncamda deyilir: “Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilib.

    Bu, Azərbaycanın idman siyasətinin növbəti qələbəsi və beynəlxalq federasiyaların ölkəmizdə aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür.

    Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının uğurlu təşkilinin ənənəvi hal alması Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

    Təşkilat Komitəsinin sədri

    Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

    Təşkilat Komitəsi sədrinin müavini

    Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri,

    Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

    Təşkilat Komitəsinin üzvləri

    Yusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

    Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

    Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

    Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri

    Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

    Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

    Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

    Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

    Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

    Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

    Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

    Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti

    Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru

    Vüsal Kərimli – Bakı Nəqliyyat Agentliyinin direktoru

    2018-05-15 / 15:22
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9996