• flag
  • General Hikmət Həsənov: “Ordu və cəmiyyət olaraq hibrid müharibəyə hazır olmalıyıq” – MÜSAHİBƏ

     

     
    2018/04/29694456_1150474901762123_2837544227993288704_n_3045872536.jpg
     
          
    “Hər bir müharibədə bu gün terminologiyada hibrid müharibə kimi xarakterizə olunan anlayış ortaya çıxır. Qeyd edim ki, hibrid müharibə anlayışı ilk qədim Çin filosofu, hərbi fəlsəfəçi Sun-Tsı tərəfindən "Savaş sənəti" kitabında təsvir edilib. Müharibə aparan tərəf simmetrik, asimetrik, qeyri-nizami, hibrid müharibələri bir-birinə tətbiq edir və bundan sonra da edəcək. Bu, döyüşün dəyişməz fəlsəfəsidir. Odur ki, həm ordu, həm də cəmiyyət olaraq hibrid müharibəyə hazır olmalıyıq”.

    Azərbaycan Ordusunun Birlik komandiri general-mayor Hikmət Həsənovun Ordu.az-a eksklüziv müsahibəsini təqdim edirik: 

    - Cənab general, ilk öncə Aprel döyüşlərinə başlamazdan öncəki vəziyyəti təsvir etməyinizi istərdim. Yəni adətən biz cəmiyyət olaraq Aprel döyüşlərindən danışırıq, lakin bundan öncə baş verənlər barədə əksəriyyət məlumatlı deyil. Məhz bu barədə məlumat verməyinizi istərdim.

    - Mən bu birliyə 2015-ci ilin yanvarından etibarən komandanlıq edirəm. Bu səbəbdən cavabım həmin vaxtdan sonrakı dönəmi əhatə edəcək. 2015-ci ildən etibarən düşmən sistemli olaraq, bütün cəbhə boyu zonada yerləşən yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tuturdu. Təbii ki, bu da bizim mülki əhali arasında daimi gərginlik, ölüm, hətta bir dəfə bir uşaq - Qapanlı kəndində Aprel hadisələrindən əvvəl toy zamanı - yaralanması, digər istiqamətdə birinin şəhid olması faktları var olub. Eyni zamanda da düşmənin xüsusi təyinatlı qüvvələri bizim bölgələrə diversiya kəşfiyat xarakterli basqınlar edir, kiçik minalar qoyur və bu kimi üsullarla gərginliyi saxlamaq, bununla da öz güclərini diqtə etmək istəyirdilər.



    Lakin ordumuz tərəfindən belə fəaliyyətin qarşısını almaq üçün adekvat tədbirlər görülürdü. Buna baxmayaraq düşmən yenə də fəaliyyətinə davam edirdi. Bildiyiniz kimi, cənab nazir general-polkovnik Zakir Həsənov və SQ-in Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun birgə şəkildə daima cəbhə bölgələrnə gəlməsi, yerlərdə tapşırıqların verilməsi vəziyyətin əsaslı şəkildə dəyişməsi ilə nəticələndi. Cənab nazir bu tədbirlərin qarşısını almaq üçün daima göstərişlər verirdi, lakin bir dəfə düşmənə daha kəskin zərbə vurub problemli məsələlərə birdəfəlik son qoymaq üçün daha güclü planı hazırlanıb həyata keçirilməsi barədə əmr verdi. Yəni düşmən fəaliyyətinin qarşısının alınması üçün tədbirlər planının icrasına başlandı. 

    Aprelin 1-dən 2-nə keçən gecə düşmənin yenə bir neçə istiqamətdə atəşkəsi pozması və diversiya kəşfiyyat qruplarının fəaliyyəti aşkar edildikdə biz artıq buna gizli olaraq hazır idik. İlk növbədə düşmən hücumunun qarşısı alındı və ön xətt bölmələri ilə kəskin zərbə vurularaq onlara öz yerləri göstərildi. İşğal altında olan torpaqlarmızın bir qismi azad edildi. Məsələn, Talış istiqamətində aparılan döyüşlərdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi və Naftalan şəhəri düşmənin atəş zərbəsi altından tam çıxarıldı. 

    Bu istiqamətdə əməliyyatın mənzərəsindən də bəhs edim. O istiqamətdə artıq yüksəkliklərin ələ keçirilməsinə düşmənin iki taborunun arxasına keçmiş vəziyyətdə idik. Eyni zamanda Talış yaşayış məntəqəsi daima ətəş altında idi. Hazırda düşmənin bütün hərəkətləri izlənilir, daşınma və təxliyəsi əlimizin altındadır. Əvvəllər biz o istiqamətdə “Qazel” maşınları ilə getmək məcburiyyətində idik. İndi isə o vəziyyətdə olan düşməndir. Təbii ki, gələcək əməliyyatlarda bu imkandan da üstünlük yaradan amil kimi yararlanacağıq.

    - Aprel döyüşlərinin baş vermə səbəbi və düşmənın məqsədi konkret olaraq nədən ibarət idi? Düşmən hansısa strateji yüksəkliklərin tutulması, yaxud hansısa bölgənin tutulması ilə əməliyyatları dayandırmaq istəyirdi, yoxsa geniş planlarla hərəkətə keçmişdi?



    - Düşmən adətən bu metodları tətbiq edərək bizi daima gərginlik altında saxlamaq, xalqın icərisində orduya qarşı artan inam və məhəbəti aşağı salmaq məqsədi ilə daim itkilər verdirmək, yaşayış məntəqələrini atəşə tutmaqla mülki şəxslər arasında psixoloji gərginlik yaratmaq və bununla da öz ordusunda inamı artırmaq, bizim cəmiyyətdə isə orduya qarşı inamı azaltmaq istəyirdi. Düşmən ətraf 7 rayonu işğal edib, Dağlıq Qarabağı işğal edib, status-kvonu qorumağa çalışıb. 

    Sadəcə olaraq ordumuzun güclənməsini görəndə, cənab Prezidentimizin, möhtərəm Baş Ali Komdanımızın apardığı islahatların nəticələrinin öz təzahürünü tapması, cənab nazirin rəhbərliyə gəlməsi ilə orduda dinamik artan döyüş hazırlığının yüksəlməsi, xalq arasında orduya inamın artması onlara rahatlıq verə bilməzdi. Bu, psixoloji müharibənin bir elementidir və bizim ordunun psixoloji hazırılığını aşağı salmaq məqsədilə düşmən bu tip metodlardan istifadə edirdi. Təbii ki, bunun da qarşısı alındı, qarşı zərbələr endirildi, düşmən layiqli cavabını aldı.

    - Daha öncə qeyd etdik ki, düşmən hücuma keçməzdən əvvəl artıq bizim müəyyən planlaşdırmamız var idi. Ümumiyyətlə, əks-hücum əməliyyatları hansı şəkildə planlaşdırılmışdı? 

    - Hər bir müdafiə əməliyyatı özündə əks-hücum əməliyyatını ehtiva edir. Yəni müdafiə ancaq müdafiə olunmaq demək deyil. Müdafiə prosesində düşmənin qarşısı alınır. Düşmənə maksimal itkilər vermək, bundan sonra əks-hücum əks- zərbə yetirməklə itirilmiş mövqeləri daha əlverişli şəkildə bərpa etmək və ya hücumu daha dərinliyə inkişaf etdirmək kimi fəaliyyət də müdafiənin tapşırıqlarına aiddir. 


     

    Təbii ki, bizim planlarmız çoxdur. Həyata keçirilən cavab tədbirləri planlarmızın yalnız bir qismi idi. Xalqımızın bu məsələlərə yanaşmasında bir daha əmin olduq ki, xalq torpaqların azad edilməyini ürəkdən istəyir, vətənpərvərlik hissi müşahidə edilir. O cümlədən Ermənistan ordusunun qabiliyyətini və bu məqsədlərə reaksiyasının yoxlanılmasını həyata keçirdik. Bir də bizim ordunun döyüş-kəşfiyyat qabiliyyətini idarə etmək bacarığını və əlimizdə olan müasir silah sistemlərninin toplanışı, həmçinin bir neçə dəfə yoxlanışı və testi keçirildi. 

    - Sizcə, əməliyatlar strateji yüksəkliklərin tutulması ilə məhdulaşdırılmalıydı, yoxsa əks-hücum əməliyyatları genişmiqyaslı zərbə strategiyasına köklənirdi?

    - Xeyr, genişmiqyaslı hücum strategiyasına köklənmirdi. Bu gün bizdə cəmiyyətdə informasiya boşluqları var və bir sıra qüvvələr bundan yararlanır. 

    Bəzi KİV resusları xoşagəlməz şəkildə düşmənin dəyirmanına su tökən, təbliğat xarakterli fəaliyyət göstərməyə başladılar. Birincisi, burada düşmənə qarşı bu əməliyyatın keçirilməsinin qarşılayıcı tədbirlər olmasını anlamaq lazımdır. Yəni burada məqsəd hansısa yüksəkliklərin, rayonların irimiqyaslı hücum əməliyyatları deyil. Bildiyiniz kimi, mənim burada dediyim kimi, mənim hərbi birliyin ehtiyatları bu döyüşə qatılmadı. Bildiyiniz kimi əməliyyat cuzi qüvvə ilə həyata keçirildi və Azərbaycan Ordusunun ehtiyat qüvvələri cəlb edilmədi. 



    Burada məqsəd preventiv zərbə idi. Yəni düşməni daha sonrakı fəaliyyətdən çəkindirmə məqsədi ilə ona layiq olduğu dərsin verilməsi. İstənilən halda düşmənin döyüş əzmi və iradəsi qırılmışdı. Sadəcə olaraq anlamaq lazımdır ki, irimiqyaslı hücum tapşırığı həyata keçirmirdik. 

    - O zaman biz bu əməliyyatları döyüşlə kəşfiyyatın aparılması adlandıra bilərikmi?

    - Qeyd etmək lazımdır ki, Ermənistanın keçmiş generallarında indikilərlə müqayisədə təfəkkür daha dərindir. Bəli, bu, Azərbaycan Ordusunun döyüşlə kəşfiyatın aparılması əməliyyatı idi. Qarşı tərəfin reaksiyaları və imkan qabiliyyətləri yox idi. Yəni dediyim kimi, hücum əməliyyatının həyata keçirilməsi fərqli bir şeydir. Bizim bütün birləşmələr, bütün döyüş elementləri öz yerində idi. Hücum edəndə isə bu, belə olmur. Bir istiqamət seçilir və qüvvə çoxluğu yaradılır, əsas zərbə istiqaməti təyin olunur və orada düşmənə nisbətən birə-beş, birə-üç üstünlük yaradılır. Həyata keçirilənlər isə artıq qeyd etdiyim kimi, sadəcə qarşılayıcı tədbirlər idi, düşmənin təxribat xarakterli fəaliyyətinin qarşısını aldıqdan sonra ona vurulan zərbə idi.

    - Cənab general, Talış kəndinin ələ keçirilməməsinin səbəbi və bunun niyə bizə lazım olmaması aydındır. Düşmən Talış kəndinin ələ kəçirilməməsini öz cəmiyyəti daxilində qələbə kimi təbliğ edir, orada tikintilərin və s.-nin aparılmasından bəhs edir. Bu tikintilərin Talış kəndinə nə qədər aidiyyəti var? Yəni bu təxribat işləri hansı dərəcədə təsirlidir? 

    - Təbii ki, düşmən öz məğlubiyyətini nə iləsə pərdələməlidir. Unutmayaq ki, bizim düşmənimiz tarixdəki hər şeyi öz adına çıxan, olmayanları uydurmaqda peşəkar olan ermənilərdir. Dediyim kimi, birincisi Talış kəndi bir neçə təpələrin, yüksəkliklərin ortasında yerləşən yaşayış məntəqəsidir. Onun praktiki, operativ və strateji cəhətdən önəmi yoxdur. Taktiki cəhətdən düşüncəli komandirlər ora daxil olmaz, çünki yaşayış məntəqəsinin alınması bizə nə isə vermir. İstənilən halda, Talış nəzarət altındadır. İstədiyimiz zaman oraya əlimizdə olan silahla təsir etmək imkanımız var. 



    Təbii ki, bu dağlıq ərazidə, bizim silahlarımızın lüləsi altında qurulan hansısa tikililərdə kimsə yaşamaq istəməz. Bütün bunlar informasiya müharibəsinin elementləridir. 

    - Məncə, Qarabağ münaqişəsi mərhələli olduğu kimi, Qarabağ müharibəsi də mərhələlidir. Sizcə, biz Aprel döyüşlərindən sonra mərhələləli müharibə vəziyyətinə keçmişikmi? Mən düşünürəm ki, Bişkek protokollarına artıq son qoyulub. Əgər, biz Vyana və Sankt-Peterburq danışıqlarından danışırıqsa, deməli mərhələli müharibə şəraitindəyik. Bizim cəmiyyətimiz bunu hiss etməsə də, mən bunu belə qiymətləndirirəm. Sizin fikrinizcə, bu necədir?

    - İstəyir bliskriq anlayışlı olsun, yəni ildırımsürətli müharibənin aparılması, istəyir mərhələləli şəkildə uzunmüddətli müharibənin aparılması olsun, biz orada istənilən halda öz üzərimizə düşən tədbirləri görürük. Bunun üçünsə bütün resurslara malikik. Təbii ki, uzun müddət davam edən heç bir müharibə heç bir xalqa o qədər də xeyir vermir. Tam tərsinə, iqtisadi baxımdan da itkilərə səbəb olur. Amma bütün bunlara baxmayaraq, istər ildırımsürətli əməliyatların keçirilməsi olsun, istərsə də, bu gün bizim qardaş Türkiyənin Afrində apardığı əməliyyat olsun. Biz müharibənin aparılmasının planlaşdırması zamanı bütün bu tədbirləri qiymətləndiririk. 


     

    - ABŞ Milli Kəşfiyyatının direktoru Den Kouts açıqlama verib ki, 2018-ci ildə Dağlıq Qarabağda vəziyyət gərginləşə bilər. Yəni o, öz açıqlamasında hər hansı bir tərəfi ittiham etmir. Lakin Milli Kəşfiyat İdarəsinin rəhbəri olan şəxs belə bir bəyanat verib. Sizin fikrinizcə, bu mümkündürmü? Hazırda cəbhədə düşmən təxribatları genişlənə bilərmi? Düşmən iqtisadi baxımdan resurslarının çatışmazlığını, o cümlədən Sarkisyan hakimiyyətinin hazırda həyata keçirdiyi hakimiyyət dəyişikliyi, hakimiyyəti tam ələ keçirmək strategiyasınını öz xalqına unutdurmaq üçün belə təxribatlara əl ata bilərmi?

    - Müharibədə tərəflərdən biri haqsızlığa uğrayır, qarşı tərəf isə hədsiz dərəcədə haqsızlıq edir. Birinin torpağları işğal olunub, biri torpaqları işğal edib. Təbii ki, işğal olunan, haqsızlığa uğrayan haqqın bərqərar olması üçün tədbirlər həyata keçirir. O biri tərəf isə həyasız olduğuna görə dünya ictimayyətinin rəyləri nəzərə almır, BMT-nin sanksiyalarını nəzərə almır və heç bir kompromissə getmək istəmir. Bu nöqteyi nəzərdən bu Baş Kəşfiyyat İdarə rəisinin təhlilinə də ehtiyac yoxdur. Biz hamımız bilirik ki, istədiymiz an cəbhədə savaş başlaya bilər. 

    - Cənab general, ümumən hazırda Qarabağ cəbhəsində imformasiya müharibəsinin hibrid müharibəyə keçid aldığını deyə bilərikmi? 

    - Hər bir müharibədə bu gün terminologiyada hibrid müharibə kimi xarakterizə olunan anlayış ortaya çıxır. Qeyd edim ki, hibrid müharibə anlayışı ilk qədim Çin filosofu, hərbi fəlsəfəçi Sun-Tsı tərəfindən "Savaş sənəti" kitabında təsvir edilib. Müharibə aparan tərəf simmetrik, asimetrik, qeyri-nizami, hibrid müharibələri bir-birinə tətbiq edir və bundan sonra da edəcək. Bu, döyüşün dəyişməz fəlsəfəsidir. Yəni bütün metodlardan, üsullardan istifadə edərək qarşı duran düşmənə təslim olmur. 


     

    Bəli, hibrid müharibə tətbiq olunur, yəni bu, qaçınılmaz faktdır, biz də bunu anlayırıq, biz də bunu tətbiq edirik. Biz buna təkcə ordu olaraq yox, çox istərdim ki, cəmiyyət olaraq düşmən və onun havadarlarının bizim ölkə ilə apardıqları hibrid müharibənin təsirlərindən özümüzü qoruyaq. Bildiyiniz kimi, hibrid müharibə uzun vədəli, səbr tələb edən, nəticəsini gec verən bir metotdur. Təkcə bu gün hibrid müharibədən söhbət getmir, bəzi naxələf, milli düşüncələrini satmış, Avropaya, digər ölkələrə qaçıb getmiş insanların istər ordu, istər dövlətimizin rəhbərliyi, rəhbər şəxslər haqqında, onların övladları haqqında apardıqları bu siyasət, bu kampaniya bəhs etdiyimiz hibrid müharibənin bir elementidir. Bunu mən demirəm, hibrid müharibənin tərifi deyir. Onlar gedən inkişafı yox, olan nöqsanları tapıb bunu kiminsə adı ilə əlaqələndirərək bu nöqsanları təhrifə uğradıb dünya icitimaiyyətinə çatdırırlar. Əslində isə ölkədəki davamlı inkişafdan bixəbər deyillər. Onların bütün proseslərdən xəbərləri var, sadəcə onlar öz havadarlarından tapşırıqlar alıblar. Odur ki, həm ordu, həm də cəmiyyət olaraq hibrid müharibəyə hazır olmalıyıq.

    - Növbəti əməliyyatlar zamanı onların məğlubiyyətini hansı şəkildə təsəvvür edirsiniz? 

    - Təbii ki, hər kəs qələbə istəyir və onun forması dəyişə bilər. Düşmənin haraya nə qüvvə yığmasından asılı olmayaraq, bütün dərinlik boyu hava məkanına nəzarətimiz var. Düşmənin hansı bölməsinin harada yerləşdiyini, nə zaman təlimə çıxdıqlarını, hansı təlimlərin keçdiyini tam şəkildə müşahidə edə, izləyə bilirik. Təbii ki, düşmənin məğlubiyyətini eyni zamanda düşmənin bütün obyektlərinə sarsıdıcı zərbələr endirərək ərazi bütövlüyümüzün təmin olunması məqsədilə irimiqyaslı əməliyyatlar keçirməyimizi də görürəm.
    2018-04-07 / 11:24
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9340