Vüqar Bayramov: Azərbaycan Davosda iqtisadi potensialını dünyaya nümayiş etdirmək imkanı qazanır

1516871961182809751_1000x669

 

Davos İqtisadi Forumu Azərbaycan üçün imkan yaradır ki, öz iqtisadi potensialını müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, dünyanın nüfuzlu investisiya şirkətlərinə təqdim etsin. Bu baxımdan, Forum ölkəmizə yeni iqtisadi dividendlər qazandırır.

Bu fikirləri  İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O deyib: “Davos İqtisadi Forumu dünyada yeganə tədbirdir ki, burada müxtəlif dövlətlərin liderləri, hökumət başçıları və böyük investorlar iştirak edirlər. Bu Forum, həmçinin ölkələr üçün tribuna rolunu oynayır. Buraya həm siyasətçilər, həm də iqtisadçılar dəvət olunurlar. Forumda ölkələr potensiallarını təqdim edir, müzakirələr aparılır, eyni zamanda, iş adamları müxtəlif dövlətlərin investisiya imkanlarını araşdırırlar”.

Vüqar Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin hər il Davos İqtisadi Forumunda iştirakı ölkəmizin dünya miqyasında böyük nüfuza malik olduğunu göstərir. Dövlətimizin başçısının Forum çərçivəsində müxtəlif ölkələrin, iri korporasiyaların rəhbərləri ilə görüşləri ölkəmizdə aparılan islahatların onlara təqdim edilməsinə imkan yaradır. Tədbirin postneft dövrünün prioritetlərinə uyğun olaraq ölkəyə xarici sərmayənin cəlb edilməsi baxımından vacib olduğunu deyən iqtisadçı ekspert Prezidentin budəfəki Forumda da xeyli sayda görüşlər keçirdiyini bildirib.

Ekspert qeyd edib ki, Davos Forumu çərçivəsində ölkəmizlə bağlı həqiqətlərin təqdim edilməsi ilə bağlı müxtəlif tədbirlər də keçirilir. Bu həqiqətlər dünyanın aparıcı media institutları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılır.

2018-01-25 / 15:28
Facebook