Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərimizi davam etdirəcəyik

 

Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq var. Bu gün biz ticari və digər sahələrdə də əlaqələrin genişləndirilməsi məsələlərini də müzakirə etdik.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik. Biz, həmçinin Xəzərin statusu ilə bağlı məsələlərdən danışdıq”, - deyə S.Lavrov vurğulayıb.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin həlli üçün səylərimizi davam etdirəcəyik. İnaniram ki münaqişənin həllində diplomatiya qalıb gələcək.

2017-11-20 / 13:06
Facebook