• flag
  • Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram

    15099518122100358486_1000x669

    Noyabrın 6-da Bakıda keçirilən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının Gənclər Komitəsinin “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfransının iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

    Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

    Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən konfrans iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

    2017-11-06 / 10:11
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070