• flag
  • Azərbaycan şahmatçıları Avropa çempionatında ilk pilləyə yüksəliblər

     

    Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Yunanıstanda keçirilən Avropa çempionatında mübarizəni davam etdirir.

     Azərbaycan şahmatçıları səkkizinci turda turnir cədvəlinin ilk pilləsində qərarlaşan Rusiya millisi ilə qarşılaşıblar.

    Görüşün birinci lövhəsində Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, ikinci lövhədə isə Teymur Rəcəbov Yan Nepomnyatçını 1:0 hesabı ilə məğlub edib.

    Üçüncü lövhədə keçirilən Arkadi Naydiç (Azərbaycan) - Maksim Matlakov (Rusiya) görüş isə rəqib şahmatçının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Dördüncü lövhədə keçirilən Rauf Məmmədov ilə Danil Dubovun görüşündə də təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib.

    Beləliklə, Azərbaycan komandası Rusiya yığmasını 3:1 hesabı ilə məğlub edib və turnir cədvəlində hesabındakı xallarının sayını 13-ə çatdıraraq liderliyə yüksəlib.

    Aktivində 12 xal olan Rusiya isə turnir cədvəlində ikinci pillədədir.

    Çempionata bugün yekun vurulacaq.

    Xatırladaq ki, Avropa komanda çempionatında kişilərdən ibarət 40 komanda çıxış edir. İsveçrə sistemi üzrə təşkil olunmuş yarışlar doqquz turdan ibarətdir.

    2017-11-06 / 09:47
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070