• flag
  • Bakıda "Japan Food Expo-2017" sərgisi açılıb

    15090879994541442066_1000x669

    Oktyabrın 27-də Bakıda Yapon Məhsulları Sərgisinin ("Japan Food Expo-2017") açılış mərasimi keçirilib.

    Sərginin açılış mərasimində iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, Azərbaycan ilə Yaponiya qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirir. Belə ki, Yaponiya şirkətləri Azərbaycanda bir sıra infrastruktur layihələrində fəal iştirak edir.

    Daha sonra Milli Məclisin deputatı Məlahət Həsənova Azərbaycan və Yaponiya xalqlarının dostluq münasibətlərindən bəhs edib, hər iki xalqın ortaq cəhətlərindən danışıb. Bu münasibətlər xalqlarımızı və dövlətlərimizi daha da yaxınlaşdırmaq üçün mühüm rol oynayır.

    Azərbaycanda Yapon Məhsulları Sərgisinin İdeya müəllifi və sərginin İdarə Heyətinin sədri Kazuyasu İşida bildirib ki, Azərbaycan və Yaponiya bir çox dəyərlərə sahibdir. Bu dəyərlərin daha çox inkişafı üçün biz də bu sərgi ilə öz töhfəmizi verməyə çalışırıq. Sərginin təşkilində Azərbaycan tərəfinin dəstəyi də xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, bu sərgi ölkələrin yapon xalqının tanıdılmasında da vacib rol oynayır.

    Qeyd edək ki, oktyabrın 27-28-ni əhatə edən "Japan Food Expo-2017" sərgisi Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində təşkil olunub. Sərgidə Yaponiyanın 60-dan çox şirkətinin məhsulları nümayiş etdirilir, tədbirə Yaponiyadan 200 nəfər gəlib.

    2017-10-27 / 14:27
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070