Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

 

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq, rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixindən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

2017-10-26 / 12:56
Facebook