Masallıda “Vətənə vurğun: ömürdən səhifələr” kitabının təqdimatı olub

150760722045671456_1000x669

Masallı Rayon Mərkəzi Kitabxanasında Əməkdar Kənd Təsərrüfatı İşçisi, Respublika Ağsaqqallar Şurası idarə heyətinin üzvü İmran Əbilovun “Vətənə vurğun: ömürdən səhifələr” kitabının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, kitab həyatımızın, cəmiyyətin, insanların, milli-mənəvi dəyərlərimizin yeri və qiyməti barədə, habelə üzləşdiyimiz problemlərin həllində yaxın məsləhətçi olmaqla yanaşı, oxuculara xeyirxahlıq missiyası bəxş edən gözəl töhfədir.

Ağsaqqallar Loğman Quliyev və Xəlil Hüseynov, Bədəlan kənd Ağsaqqallar Şurasının sədri Həmdulla Məmmədov, Əməkdar Müəllim Musarza Mirzəyev, “Tərəqqi” medallı jurnalist Əyyub Mehdiyev və başqaları uzun müddət məsul vəzifələrdə çalışmış İmran Əbilov haqqında xoş sözlərini dilə gətiriblər, “Vətənə vurğun: ömürdən səhifələr” kitabı ilə bağlı fikirlərini bölüşüblər.

2017-10-10 / 09:17
Facebook