Kyodo agentliyi: LDP-dən olan namizədlərin 40 faizi KXDR-ə zərbə endirilməsinin tərəfdarıdır

15076070491744715391_1000x669

Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) parlamentin aşağı palatasına oktyabrın 22-də keçiriləcək seçkilərdə namizədlərinin təxminən 40 faizi ABŞ tərəfindən Koreya Xalq Demokratik Respublikasına (KXDR) hərbi zərbə endirilməsinin tərəfdarıdır.

Bu barədə məlumat Kyodo agentliyinin ölkənin ali qanunverici orqanına namizədlər arasında keçirdiyi sorğunun nəticələrində yer alıb. Hərbi əməliyyat tərəfdarları bildirirlər ki, onlar Pxenyanın raket və nüvə proqramlarını dinc yolla dayandırmaq mümkün olmayacağı təqdirdə bu addımı dəstəkləyəcəklər. Güc variantının tətbiqini Tokionun qubernatoru Yuriko Koikenin rəhbərlik etdiyi müxalifət partiyasından olan namizədlərin yalnız 20 faizi dəstələyib. Solçu liberalların Konstitusiyalı Demokratik Partiyadan olan namizədləri isə KXDR-ə hərbi zərbə endirilməsinə qarşı çıxırlar.

“Yomiuri” qəzetinin dərc etdiyi ictimai rəyin öyrəniləməsi üzrə digər sorğunun nəticələrinə görə, respondentlərin 32 faizi LDP-dən olan namizədləri dəstəkləyir. İkinci yerdə seçicilərin yalnız 13 faiz dəstəyini qazanan müxalif “Ümid” partiyası gəlir. Konstitusiyalı Demokratik Partiyanı isə rəyi soruşulanların yalnız 7 faizi dəstəkləyir. Respondentlərin 27 faizi qarşıdakı seçkilərdə öz seçimlərini dəqiqləşdirmədiklərini bildirib.

2017-10-10 / 09:14
Facebook