İsfar Sarabski Rumıniyada caz festivalında çıxış edəcək

15075207711403552428_1000x669

Noyabrın 10-dan 12-dək Rumıniyanın Sibiu şəhərində “Mozaic” caz festivalı keçiriləcək.

Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski noyabrın 10-da festivalda konsert proqramı ilə çıxış edəcək.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib, 2009-cu ildə Montö Caz Festivalının qalibi olub. O, nüfuzlu orkestr və ifaçılarla birgə konsert proqramları təqdim edib. 2011-ci ildə Aleksandr Maşin (zərb alətləri) və Makar Novikovla (kontrabass) birlikdə “İsfar Sarabskinin triosu”nu yaradıb. İsfar Sarabski “Novruz”, “G-Man”, ”Generation”, ”Edge”, ”Deja Vu”, “Last Chance”, “Agent”, “Now I’m Here”, “Buta”, “In Memory of V. Mustafazade” və digər əsərlərin müəllifidir.

2017-10-09 / 09:28
Facebook