Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün qaydalar hazırlanır

exam_main_220917

Hazırda ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün yeni qaydalar hazırlanır.

Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək:

"Prezidentin müvafiq sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq".

Nazir əlavə edib edib ki, hazırlıq qruplarının yaradılacağı ali məktəblər və ixtisaslarla bağlı qərarlar növbəti mərhələlərdə veriləcək:

“Hazırda ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparılır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək”.

2017-10-06 / 14:49
Facebook