Parlamentin komitə iclasında bir sıra məsələlər müzakirə olunub

1507286114507917647_1000x669

Oktyabrın 6-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Komitə sədri Əli Hüseynli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun layihəsi barədə müzakirələr aparılıb.

Həmçinin deputatlar Mülki Prosessual, İnzibati Prosessual məcəllələrdə dəyişikliklər edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıblar. Qeyd edilib ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

2017-10-06 / 14:38
Facebook