• flag
  • Şamaxı rayonunun dağlıq ərazisində köməyə ehtiyacı olan xarici vətəndaşların axtarışları aparılır

    1507020687444324869_1000x669

    Oktyabrın 3-də saat 06:48 radələrində Amerika Birləşmiş Ştatlarının “911” çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə “Nissan Patrol” markalı iki avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

    Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, yardıma ehtiyacı olan şəxslər barədə məlumat və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzinə ötürülüb. Hazırda mümkün vasitələrlə axtarış–xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

    2017-10-03 / 12:54
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9459