Azərbaycanın günəş enerjisi üzrə 50 meqavat, külək enerjisi üzrə isə 350 meqavat enerji potensialı var

15070201752314243745_1000x669

Azərbaycanda enerji potensialı günəş enerjisi üzrə 50 meqavat, külək enerjisi üzrə 350 meqavat və biokütlə üzrə isə 20 meqavat həcmində müəyyən olunub.

Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Bildirilir ki, ölkə üzrə alternativ və bərpaolunan enerji mənbələrinin (ABOEM) potensialının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. Energetika Nazirliyinin tabeliyində ABOEM tərəfindən hazırlanmış ilkin məlumatlara əsasən, enerji potensialı günəş enerjisi üzrə 50 meqavat, külək enerjisi üzrə 350 meqavat və biokütlə üzrə 20 meqavat həcmində müəyyən edilib. “Azərenerji” ASC-yə də potensialın müəyyən edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi üzrə ABOEM tərəfindən yekun məlumat hazırlanaraq Energetika Nazirliyinə qısa müddət ərzində təqdim ediləcək.

2017-10-03 / 12:45
Facebook