Azərbaycan gimnastları Olimpiya çempionu Yevgeni Podqornının mükafatlarına sahib olublar

1506681585262866375_1000x669

Novosibirskdə idman gimnastikası üzrə Olimpiya çempionu Yevgeni Podqornının mükafatları uğrunda 12-ci Ümumrusiya turniri keçirilir.

Azərbaycan gimnastları turnirdə uğurla çıxış edirlər. Gənc gimnastlarımız Əli Xəlilov və Hüseyn Xəlilov turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənc azərbaycanlı gimnastlara qızıl medalları Olimpiya çempionu, Novosibirsk vilayətinin mədəniyyət, elm, idman və gənclər siyasəti komitəsinin sədrinin müavini Yevgeni Podqornı təqdim edib.

Qeyd edək ki, builki turnirə Rusiyanın bütün regionlarının, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrin ən güclü gimnastları qatılıblar.

Yarışa sentyabrın 30-da yekun vurulacaq.

2017-09-29 / 15:07
Facebook