• flag
  • Rəsədxananın əməkdaşı gənc alimlərin beynəlxalq məktəbində astrofizika sahəsindəki elmi yenilikləri öyrənir

    15066745741665035965_1000x669

    Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Rəcəb İsmayıllı Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin gənc alimlərinin Qazaxıstanın Almatı şəhərində “Ultraenerji hissəcikləri, fizikanın və astrofizikanın bitişik problemləri” mövzusunda keçirilən dördüncü beynəlxalq məktəbində iştirak edir.

    Rəsədxanadan bildiriblər ki, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi və Rusiya Elmlər Akademiyasının P.Lebedev adına Fizika İnstitutunun təşkil etdiyi beynəlxalq tədbirdə gənc alimlərə fizika və astrofizika sahəsindəki son elmi yeniliklər barədə aparıcı mütəxəssislər tərəfindən mühazirələr oxunub.

    2017-09-29 / 12:48
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9996