Şuşa teatrı yeni mövsümün açılışına hazırlaşır

15066673613928523828_1000x669

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi 144-cü mövsümü oktyabrın 6–da görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə açacaq.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar Artist Azad Məmmədovdur.

Rollarda teatrın aktyorları- Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Vüsalə Məmmədzadə və Zahid Mehdiyev oynayacaqlar.

2017-09-29 / 10:48
Facebook